Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara - Romalilara 11

Romalilara 11:3-34

Help us?
Click on verse(s) to share them!
3«Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
4Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var.
6Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.
7Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu.
8Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, Onlara bu günədək görməyən gözlər, Eşitməyən qulaqlar verdi».
9Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, Büdrəmə daşı və cəza olsun.
10Gözlərinə qara gəlsin, görməsinlər, Belləri həmişə bükülü qalsın!»
11Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın.
12Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki,
14bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim.
15Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi?
16Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa,
18o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır.
19O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum.
20Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx!
21Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək.
22Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan.
23Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir.
24Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
25Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın.
26Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
27«Günahlarını aradan qaldırdığım zaman Mənim onlarla bağladığım Əhd budur».
28Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir.
29Çünki Allahın ənamları və dəvəti geri alınmaz.
30Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız;
31eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar.
32Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
33Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!
34«Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?»

Read Romalilara 11Romalilara 11
Compare Romalilara 11:3-34Romalilara 11:3-34