Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nəğmələr Nəğməsi - Nəğmələr Nəğməsi 1

Nəğmələr Nəğməsi 1:5-16

Help us?
Click on verse(s) to share them!
5Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.
6Baxmayın ki, mən qarayanızam, Günəşdən qaralmışam, Qardaşlarımın mənə qəzəbi tutarkən Məni üzümlüklərinə qarovulçu qoydular. Mən də öz üzümlüyümə baxa bilmədim.
7Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim?
8Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar.
9Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən.
10Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.
11Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.
12Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.
13Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.
14Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
15Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!
16Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız.

Read Nəğmələr Nəğməsi 1Nəğmələr Nəğməsi 1
Compare Nəğmələr Nəğməsi 1:5-16Nəğmələr Nəğməsi 1:5-16