Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 21

Luka 21:16-25

Help us?
Click on verse(s) to share them!
16Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək.
17Mənim adıma görə hamı sizə nifrət edəcək.
18Amma başınızdan bir tük belə, əskik olmayacaq.
19Dayanıb dözməklə canlarınızı qurtarın.
20Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
21O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
22Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
23Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
24Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
25Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.

Read Luka 21Luka 21
Compare Luka 21:16-25Luka 21:16-25