Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 18

Luka 18:5-15

Help us?
Click on verse(s) to share them!
5bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”».
6Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin.
7Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi?
8Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
9Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi:
10«Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi.
11Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm.
12Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”.
13Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!”
14Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
15Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər.

Read Luka 18Luka 18
Compare Luka 18:5-15Luka 18:5-15