Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 9

Levililər 9:1-13

Help us?
Click on verse(s) to share them!
1Bundan səkkiz gün sonra Musa Harunla oğullarını və İsrail ağsaqqallarını yanına çağırıb
2Haruna dedi: «Özün üçün günah qurbanı kimi qüsursuz bir erkək dana və yandırma qurbanı kimi qüsursuz bir qoç götür və Rəbbin hüzurunda təqdim et.
3Sonra İsrail övladlarına de: “Günah qurbanı kimi bir təkə, yandırma qurbanı kimi birillik qüsursuz bir dana və birillik qüsursuz bir toğlu,
4Rəbbin hüzurunda kəsilən ünsiyyət qurbanları kimi bir buğa, bir qoç və zeytun yağı ilə yoğrulmuş taxıl təqdimləri götürün. Çünki bu gün Rəbb sizə görünəcək”».
5Musanın əmr etdiyi hər şey Hüzur çadırının önünə gətirildi. Sonra bütün icma yaxınlaşıb Rəbbin hüzurunda durdu.
6Musa dedi: «Rəbb bu işi əmr etdi ki, siz əməl edəsiniz, onda Rəbbin izzəti sizə görünəcək».
7Musa Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı ilə yandırma qurbanını gətir. Həm özünün, həm də xalqının günahlarını bunlarla kəffarə et. Xalqın qurbanını da təqdim edərək onların günahını bununla kəffarə et. Rəbb əmr etdiyi kimi olsun».
8Harun qurbangaha yaxınlaşıb özü üçün günah qurbanı olan dananı kəsdi.
9Onun qanını Harunun oğulları atalarına təqdim etdilər. Harun barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi; qanın qalan hissəsini isə qurbangahın altlığına tökdü.
10Sonra günah qurbanının piyini, böyrəklərini, qaraciyərini, quyruğa bənzər hissəsini qurbangahda tüstülədib yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
11Qurbanın əti ilə dərisini düşərgənin kənarında yandırdı.
12Bundan sonra Harun yandırma qurbanını kəsdi. Onun qanını Harunun oğulları atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.
13Parça-parça kəsilən qurbanı və başını Haruna gətirdilər; o da onları qurbangahda tüstülədib yandırdı.

Read Levililər 9Levililər 9
Compare Levililər 9:1-13Levililər 9:1-13