Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 4

Levililər 4:8-26

Help us?
Click on verse(s) to share them!
8Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən piyi və üstündəki bütün piyi,
9belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
10Bunların hamısı ünsiyyət qurbanı olan mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan qurbangahda tüstülədib yandırsın.
11Buğanın dərisini, başından budlarına qədər bütün ətini – içalatını, bağırsaqlarını,
12hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.
13Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar,
14işlədikləri günah aşkara çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin.
15İcmanın ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər.
16Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.
17Kahin barmağını qana batırıb Rəbbin hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin.
18Sonra kahin Hüzur çadırında Rəbbin önündəki qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.
19Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın;
20günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın.
21Sonra kahin buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən günah qurbanıdır.
22Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini bilmədən pozub təqsirkar olsa,
23işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə gətirsin;
24əlini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə onu kəssin. Bu, günah qurbanıdır.
25Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini isə həmin qurbangahın altlığına töksün.
26Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o bağışlansın.

Read Levililər 4Levililər 4
Compare Levililər 4:8-26Levililər 4:8-26