Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 27

Levililər 27:30-34

Help us?
Click on verse(s) to share them!
30Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib.
31Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin.
32Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın.
33Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”».
34Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.

Read Levililər 27Levililər 27
Compare Levililər 27:30-34Levililər 27:30-34