Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 18

Levililər 18:9-23

Help us?
Click on verse(s) to share them!
9Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma.
10Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur.
11Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır.
12Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur.
13Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.
14Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.
15Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.
16Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.
17Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.
18Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.
19Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.
20Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.
21Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.
22Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir.
23Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir.

Read Levililər 18Levililər 18
Compare Levililər 18:9-23Levililər 18:9-23