Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 18

Levililər 18:12-21

Help us?
Click on verse(s) to share them!
12Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur.
13Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.
14Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.
15Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.
16Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.
17Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.
18Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.
19Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.
20Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.
21Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.

Read Levililər 18Levililər 18
Compare Levililər 18:12-21Levililər 18:12-21