Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 16

Həvarilərin Işləri 16:31-36

Help us?
Click on verse(s) to share them!
31Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
32Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər.
33Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu.
34Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.
35Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et».
36Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin».

Read Həvarilərin Işləri 16Həvarilərin Işləri 16
Compare Həvarilərin Işləri 16:31-36Həvarilərin Işləri 16:31-36