Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 15

Həvarilərin Işləri 15:2-8

Help us?
Click on verse(s) to share them!
2Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualın müzakirəsi üçün həvarilər və ağsaqqallarla görüşsünlər.
3Beləliklə, cəmiyyət tərəfindən göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər.
4Yerusəlimə çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə etdiyi hər şeyi danışdılar.
5Amma farisey təriqətindən olmuş bəzi imanlılar qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək lazımdır».
6Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar.
7Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər.
8İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir.

Read Həvarilərin Işləri 15Həvarilərin Işləri 15
Compare Həvarilərin Işləri 15:2-8Həvarilərin Işləri 15:2-8