Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 11

Həvarilərin Işləri 11:5-10

Help us?
Click on verse(s) to share them!
5«Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır.
6Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var.
7Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!”
8Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”.
9Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”.
10Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi.

Read Həvarilərin Işləri 11Həvarilərin Işləri 11
Compare Həvarilərin Işləri 11:5-10Həvarilərin Işləri 11:5-10