Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 11

Həvarilərin Işləri 11:22-27

Help us?
Click on verse(s) to share them!
22Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər.
23O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar.
24Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi.
25Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı.
26Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi.

Read Həvarilərin Işləri 11Həvarilərin Işləri 11
Compare Həvarilərin Işləri 11:22-27Həvarilərin Işləri 11:22-27