Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 10

Həvarilərin Işləri 10:4-26

Help us?
Click on verse(s) to share them!
4Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu.
5İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
6O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».
7Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı.
8Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
9Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı.
10O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı.
11O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi.
12Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi.
13Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
14Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm».
15Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».
16Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
17Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb
18bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?»
19Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır.
20Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm».
21Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?»
22Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın».
23Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu.
24Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi.
25Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi.
26Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam».

Read Həvarilərin Işləri 10Həvarilərin Işləri 10
Compare Həvarilərin Işləri 10:4-26Həvarilərin Işləri 10:4-26