Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 10

Həvarilərin Işləri 10:2-17

Help us?
Click on verse(s) to share them!
2Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi.
3Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!»
4Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu.
5İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
6O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».
7Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı.
8Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
9Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı.
10O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı.
11O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi.
12Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi.
13Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
14Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm».
15Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».
16Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
17Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb

Read Həvarilərin Işləri 10Həvarilərin Işləri 10
Compare Həvarilərin Işləri 10:2-17Həvarilərin Işləri 10:2-17